14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ermənilər Azərbaycanın üç rayonunu atəş tutub
Tarix: 23-09-2022 10:29 | Bölmə: Siyasət
Ermənilər Azərbaycanın üç rayonunu atəş tutub

Dövlət sərhədi istiqamətində Azərbaycanın mövqeləri yenidən atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyünü bildirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}