Ərdoğan Paşinyanla Zəngəzur dəhlizini müzakirə edəcək
Tarix: 04-10-2022 11:02 | Bölmə: Siyasət
Ərdoğan Paşinyanla Zəngəzur dəhlizini müzakirə edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqa şəhərində Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşəcək.

Türkiyənin “Sabah” qəzeti yazır ki, Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini, o cümlədən xüsusi nümayəndələrin üçüncü ölkələrdə yox, məhz Türkiyə və Ermənistanda görüşünü müzakirə edəcək.

Ərdoğanın Paşinyana regionda gərginliyin azalması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracağı da bildirilir.

Qəzet öz mənbələrinə istinadla iddia edir ki, görüşdə Zəngəzur dəhlizi məsələsi də müzakirə predmeti olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}