Bayramov, Blinken və Mirzoyan sülh müqaviləsini müzakirə ediblər
Tarix: 04-10-2022 23:51 | Bölmə: Siyasət
Bayramov, Blinken və Mirzoyan sülh müqaviləsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KIV-ləri məlumat yayıb.

Bildirilir ki, telefon danışığı oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı və Ermənistan-Azərbaycan sülh müqaviləsi barədə fikir mübadiləsi aparıblar.

Nazirlər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}