Edillidəki kütləvi məzarlıqla bağlı araşdırma aparılır
Tarix: 05-10-2022 10:52 | Bölmə: Siyasət
Edillidəki kütləvi məzarlıqla bağlı araşdırma aparılır

Xocavənd rayonunun Edilli kəndində qazıntı işləri aparılıb və 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov bildirib ki, kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir.

Direktorun sözlərinə görə, hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ demək mümkünsüzdür: “Sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə burada yox, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq”.

Ə. Həsənov diqqətə çatdırıb ki, Baş Prokurorluğun suallarına da cavab veriləcək:

“Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirdikləri xəstəliklər varsa, onlar da aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”.

Qeyd edək ki, son günlər Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Bu ilin fevral ayında da həmin ərazidə kütləvi məzarlıq tapılmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}