Deputat saxlanılan sabiq icra başçısının müdafiəsinə qalxıb
Tarix: 05-10-2022 14:26 | Bölmə: Siyasət
Deputat saxlanılan sabiq icra başçısının müdafiəsinə qalxıb

"Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatçılıq yaradıb".

Reyting.az
xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O bildirib ki, sabiq icra başçısı axtarışa Azərbaycan tərəfindən verilib:

"1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi haçansa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə öz fədakar çalışmalarına davam edəcəkdir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}