07:45 / 13-11-2025
BMT: Qəzzaya kifayət qədər humanitar yardım çatmır
21:10 / 12-11-2025
Karateçimiz İslam Həmrəyliyi Oyunlarının qalibi olub
19:04 / 12-11-2025
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib
18:13 / 12-11-2025
Rusiya ilə Qazaxıstan strateji tərəfdaşa çevriliblər
18:00 / 12-11-2025
Ali Məclis Baş nazirlə bağlı qərar verib
17:52 / 12-11-2025
Dünyanın ən qədim tələsini tapıblar
17:42 / 12-11-2025
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib
17:28 / 12-11-2025
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
17:17 / 12-11-2025
Arnar Qunnlauqsson: "Azərbaycan millisi ilə oyunda yaxşı nəticə qazanmağa məcburuq"
17:05 / 12-11-2025
Çin şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb
16:56 / 12-11-2025
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
16:48 / 12-11-2025
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
16:21 / 12-11-2025
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur
16:17 / 12-11-2025
Azərbaycan Ordusu regionda ən güclüsüdür - Ekspert
15:44 / 12-11-2025
"İpoteka haqqında" qanun dəyişib
15:41 / 12-11-2025
Şahin Məmmədov rəis müavini təyin edilib
15:38 / 12-11-2025
ADİM gənclərin təşkilatıdır
15:17 / 12-11-2025
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti azaldılır
15:03 / 12-11-2025
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
14:45 / 12-11-2025
Prezident yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edib - Foto
14:42 / 12-11-2025
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
14:37 / 12-11-2025
Gizli tunellər: İranın hərbi sirləri faş olur
14:27 / 12-11-2025
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olanlardan 19-nun nəşi tapılıb
14:09 / 12-11-2025
Avropa ilə Rusiya arasında müharibə ehtimalı artır - Foto
13:31 / 12-11-2025
Kürdəmirə icra başçısı təyin olunub
13:13 / 12-11-2025
İcra başçısı təyinatı imzalanıb - Sərəncam
13:00 / 12-11-2025
Prezident səlahiyyətli nümayəndəni vəzifədən azad edib - Yeni təyinat
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
İlham Əliyev: Ağdam ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək
Tarix: 27-03-2025 14:31 | Bölmə: Slayd

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Reyting.az bildirir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Sonra dövlət başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.
Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.
Bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb.
Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.
Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.
Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.
Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.
İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.
İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah Ordumuzun, Silahlı Qüvvələrimizin şəxsi heyətinin başını həmişə uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bax, bu gün biz burada durmuşuq və bu gün bu gözəl bayram ərəfəsində görüş keçirilir.
Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək.
Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazımi addımlar atılır, eyni zamanda, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.
Bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun.
X X X
Daha sonra açarların təqdim edilməsi mərasimi olub və xatirə şəkilləri çəkdirilib.
Bölməyə aid digər xəbərlər

Dünən, 16:17
Azərbaycan Ordusu regionda ən güclüsüdür - Ekspert
Dünən, 14:37
Gizli tunellər: İranın hərbi sirləri faş olur
Dünən, 13:31
Kürdəmirə icra başçısı təyin olunub
Dünən, 13:13
İcra başçısı təyinatı imzalanıb - Sərəncam
Dünən, 10:12
Güclü geomaqnit qasırğası başlayıb
Dünən, 09:33
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Dünən, 00:50
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
Dünən, 00:11
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
11-11-2025, 22:18
Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib - (Yenilənib)
11-11-2025, 20:48
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
11-11-2025, 12:45
Ən uzun çayların yeni siyahısı tərtib olunub
11-11-2025, 09:47
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
10-11-2025, 16:17
150 il yaşamaq reallığa çevrilir
8-11-2025, 20:17
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
8-11-2025, 20:00
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
8-11-2025, 15:40
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
7-11-2025, 19:39
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
7-11-2025, 16:16
İlham Əliyev bir qrup şəxsi təltif edib
7-11-2025, 15:39
Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin cinayət işi məhkəmə baxışına verilib
7-11-2025, 14:55
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
6-11-2025, 16:49
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
6-11-2025, 15:08
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
6-11-2025, 13:56
“Tərtər işi”: həbsdəki generalla bağlı qərar verilib
6-11-2025, 13:05
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
6-11-2025, 10:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
6-11-2025, 09:17
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
5-11-2025, 18:17
Prezident elm adamların təltif edib - Sərəncam
5-11-2025, 15:24
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
5-11-2025, 13:28
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
5-11-2025, 12:50
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
4-11-2025, 19:17
Mərkəzi Asiya Rusiyadan qurtula biləcəkmi?
4-11-2025, 14:01
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
4-11-2025, 13:29
Dini konfessiyalar Zəfər Günü ilə əlaqədar birgə bəyanat yayıblar
4-11-2025, 10:58
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
4-11-2025, 09:27
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
3-11-2025, 18:33
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
3-11-2025, 14:49
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
3-11-2025, 13:36
İlham Əliyev AMEA-da - Çıxış (Yenilənib) - Fotolar
3-11-2025, 13:22
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
3-11-2025, 11:26
Kreml İranı Suriya ilə barışdırmaq istəyir?
3-11-2025, 09:52
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək