Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
Tarix: 15-09-2025 15:11 | Bölmə: Slayd
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Kəlbəcər şəhərinə gedən köç karvanı ünvana çatıb.

Reyting.az
xatırladır ki, bu mərhələdə Kəlbəcər ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.




Bölməyə aid digər xəbərlər