Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 19-03-2026 13:45 | Bölmə: Slayd

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
Bu barədə Reyting.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirə olunub.
Müşavirədə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırığların icrasının RİH və onun qurumları tərəfindən yerlərdə tam şəkildə təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.
Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov iştirak ediblər. Çıxış edən Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətə çatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunan problemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev bildirib ki, paytaxtın ümumi inkişaf dinamikası müsbətdir, Bakı gündən-günə daha da abadlaşır və gözəlləşir. Lakin bununla yanaşı, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlar mövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.
İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanı aşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyi bildirilib.
Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuz tikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və bu istiqamətdə ciddi tənqidlər səsləndirilib. Qeyd olunub ki, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşına tikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısı operativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha da sərtləşdirilməsinin vacibliyi vurğulanıb.
Yol verilmiş nöqsanlara görə məsul şəxslər barədə də müvafiq tədbirlər görülüb. Belə ki, təmizlik sahəsindəki çatışmazlıqlara görə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Hikmət Lətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıq edilib. Qanunsuz tikililərlə bağlı nöqsanlara görə isə Qızıldaş qəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrə nümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub.
Sonda tədbirlər planı gəbul edilib və verilən tapşırıqların icrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öz növbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cür halların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezliklə aradan qaldırılacağına dair söz veriblər.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək