Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 23-03-2026 09:22 | Bölmə: Slayd

ABŞ prezidenti Donald Trampın İrana qarşı başlatdığı müharibənin gedişatı ilə bağlı narahatlıqlar artır.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb .
Məlumata görə, münaqişənin üçüncü həftəsində qlobal enerji qiymətlərinin artması, ABŞ-nın müttəfiqlərdən dəstək ala bilməməsi və əlavə hərbi qüvvələrin regiona göndərilməsi vəziyyəti daha da mürəkkəbləşdirib.
Bildirilir ki, Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyinin təminində iştirak etmədiklərinə görə tənqid edib. Bununla yanaşı, o, hərbi əməliyyatların plan üzrə getdiyini iddia etsə də, analitiklər İranın müqavimətinin gözləniləndən daha güclü olduğunu qeyd edirlər.
Məqalədə vurğulanır ki, İran Körfəz regionunda neft və qaz daşımalarını məhdudlaşdırmaqla yanaşı, raket hücumlarını da davam etdirir.
Ekspertlərin fikrincə, ABŞ administrasiyasının ən böyük səhvlərindən biri İranın cavab reaksiyasını düzgün qiymətləndirməməsi olub.
Qeyd olunur ki, Tramp hazırda iki seçim qarşısındadır: hərbi əməliyyatları genişləndirmək və ya qələbə elan edərək geri çəkilmək. Hər iki ssenarinin ciddi siyasi və hərbi risklər daşıdığı bildirilir.
Eyni zamanda, müharibənin uzanması ABŞ daxilində də narazılıqları artırır. Yanacaq qiymətlərinin yüksəlməsi və yeni qoşunların göndərilməsi ehtimalı Trampın siyasi mövqelərinə təsir göstərə bilər.
Analitiklər hesab edirlər ki, mövcud vəziyyət ABŞ prezidentinin həm daxili, həm də beynəlxalq səviyyədə nəzarət imkanlarının məhdud olduğunu göstərir.(Teleqraf)
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək