16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
BDU tələbəsi intihar edib
Tarix: 19-04-2024 11:52 | Bölmə: Xəbərlər
BDU tələbəsi intihar edib

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.

Onun meyiti eyvanda asılı halda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.

Universitetdən bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}