12:40 / 23-03-2025
Sabah yağış yağacaq
00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
Navalnının həyat yoldaşının həbsinə order verilib
Tarix: 10-07-2024 09:42 | Bölmə: Xəbərlər
Navalnının həyat yoldaşının həbsinə order verilib

Moskva Şəhər Məhkəməsi fevralın 16-da Arktika Dairəsinin Xarp şəhərindəki həbsxanada dünyasını dəyişmiş müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.

Reyting.az
xəbərinə görə, Moskva məhkəməsi Rusiya ərazisindən kənarda yaşayan Yuliya Navalnaya barəsində “ekstremist icmada iştirak” ittihamı ilə həbs qərarı qəbul edib.

Qərara əsasən, Yuliya Navalnaya Rusiya ərazisinə girən kimi saxlanılacaq və iki ay müddətinə həbs olunacaq.

“Məhkəmə istintaqın vəsatətini qəbul edərək, iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Müddət Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiyanın ərazisində saxlandığı andan hesablanacaq”,- məhkəmənin açıqlamasında qeyd edilir.

Xatırladaq ki, Rusiya həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa Parlamentindəki çıxışında Putini canavar kimi qələmə verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib