“Hizbullah” İsrailə xəbərdarlıq edib
Tarix: 10-10-2024 08:47 | Bölmə: Xəbərlər
“Hizbullah” İsrailə xəbərdarlıq edib

İsrailin Livana hücumu davam edir. “Hizbullah” isə mümkün qədər İsrail qüvvələrinə müqavimət göstərməyə çalışır və İsrailə raketlər atır.

Reyting.az
xatırladır ki, dünən “Hizbullah” İsrailə intensiv hava hücumlarından birini həyata keçirib. İsrail Müdafiə Qüvvələri “Hizbullah” tərəfindən ölkənin şimalına 180 raket atıldığını bildirib.

Artıq bu gün “Hizbullah” İsraili Livana hücumlarını dayandırmağa çağırıb:

“İsrail hücumlarını gücləndirsə, Hayfa və digər şəhərlər də Kiryat Şamona, Metula və digər şəhərlər qədər raketlərimizin hədəfi olacaq”.

Dünən Kiryat Şamona düşən “Hizbullah” raketinin iki nəfərin ölümünə səbəb olduğu öyrənilib.

Qeyd edək ki, Kiryat Şamona İsrailin ən şimal şəhəridir və Livan sərhədinə çox yaxındır.

İsrail və “Hizbullah”ın Livanın cənub-şərq və cənub-qərb sərhədlərində toqquşduğu bildirilir. “Hizbullah” İsrailin sərhədin qərbindəki cəhdlərinin dəf edildiyini açıqlayıb. İsrail əsgərləri Meys əl-Cəbəl bölgəsində müxtəlif istiqamətlərdən irəliləməyə çalışarkən “Hizbullah” onlara raket və top mərmiləri ilə cavab verir.

Bu arada İsrail ordusu Qəzza zolağının şimalında, Cibaliyədəki Əl-Yaman Əl-Səid xəstəxanasının bağçasını vurub. Yerli mənbələr 16 nəfərin öldüyünü bildirir. İsrail isə Cibaliyedə yeni əməliyyata başladığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Qəzza zolağının şimalında 400 min fələstinlinin qapalı vəziyyətdə qaldığını açıqlayıb. Bölgədəki insanların yenidən köçü qəbul etmədiyini bildirən Lazzarini bunun səbəbi kimi insanların Qəzzada heç bir yerin təhlükəsiz olmadığını çox yaxşı bilmələrini göstərib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər