Kremldə vacib görüş olub
Tarix: 01-05-2025 08:46 | Bölmə: Xəbərlər
Kremldə vacib görüş olub

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, Daxili işlər naziri Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Rəsmi görüşdə Rusiyanın Daxili işlər naziri Vladimir Kolokoltsevin də iştirak etdiyi qeyd olunur.

Rusiya prezidenti qonağı səmimi salamlayaraq deyib: “Bizim Birləşmiş Ərəb Əmirlikləri ilə çox yaxşı, mehriban münasibətlərimiz var”.

ELÇİN




Bölməyə aid digər xəbərlər