Konsertdə söyüş söyən reper saxlanılıb
Tarix: 16-07-2025 15:19 | Bölmə: Xəbərlər
Konsertdə söyüş söyən reper saxlanılıb

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

Reyting.az-ın “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun saxlanılmasına səbəb bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasıdır.

Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.

Xatırladaq ki, konsertin keçirildiyi “EGP Arena” Su İdman Sarayının ərazisində yerləşir.




Bölməyə aid digər xəbərlər