Maykl Ceksonun corabı 6200 avroya satılıb
Tarix: 31-07-2025 08:05 | Bölmə: Şou-biznes
Maykl Ceksonun corabı 6200 avroya satılıb

Dünyaca məşhur müğənni Maykl Ceksonun 1997-ci ildə Parisə qastrolunda geyindiyi ağ rəngli corab Nimes şəhərində keçirilən hərraca çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qeyd olunur ki, mərhum pop-ulduzun fanatlarından biri tərəfindən corab 6200 avroya alınıb.

Əvvəlcə kristallarla bəzədilmiş coraba 3000-4000 avro qiymət qoyulsa da, sonda məbləğ 6200 avroya çatdırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər