14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb - Yenilənib
Tarix: 27-08-2025 10:16 | Bölmə: Cəmiyyət
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir(Report).

Faktla bağlı araşdırma aparılır.

***

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, partlayış Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib.


Qeyd edilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib: "Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

Hadisə barədə araşdırma aparılır".

***

Kəlbəcərdə partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.


TƏBİB-dən verilən məlumatına görə, avqustun 26-da saat 22:20 radələrində 4 nəfər kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir.




Bölməyə aid digər xəbərlər