12:39 / 21-09-2025
Sabah yağış yağacaq
Xocalı rayonunda evə ildırım düşüb
Tarix: 21-09-2025 11:59 | Bölmə: Xəbərlər
Xocalı rayonunda evə ildırım düşüb

Ötən gecə Xocalı rayonunun Şuşakənd kəndində bir evə ildırım düşüb.

Reyting.az
APA-ya istinadla bildirir ki, nəticədə evin 600 kvadratlıq çardağının 400 kvadratı yanıb.

Yanğın baş verən əraziyə yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər