Elm və Təhsil Nazirliyində təyinatlar olub
Tarix: 02-10-2025 15:17 | Bölmə: Xəbərlər
Elm və Təhsil Nazirliyində təyinatlar olub

Elm və Təhsil Nazirliyində kadr təyinatları olub.

Məlumata görə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz ərizəsi ilə vəzifəsindən azad edilib.

E. Nəsibovun vəzifəsi müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Qeyd edək ki, dünən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da öz ərizəsi ilə vəzifəsindən azad olunub. Vəzifənin müvəqqəti icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub.(lent.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 09:56 XİN Çini təbrik edib