Bakıda 52 yaşlı kişi kafedə bıçaqlanıb
Tarix: 03-10-2025 15:34 | Bölmə: Xəbərlər
Bakıda 52 yaşlı kişi kafedə bıçaqlanıb

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hhadisə rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında baş verib. 1970-ci il təvəllüdlü Ağa Aydın oğlu Cəfərov 1973-cü il təvəllüdlü Nüsrət Bağman oğlu Həsənovu bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Cəfərov saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır(oxu.az).




Bölməyə aid digər xəbərlər
1-10-2025, 09:56 XİN Çini təbrik edib