Ağdamda yanğın: iki nəfər xəsarət alıb
Tarix: 02-10-2025 10:14 | Bölmə: Xəbərlər
Ağdamda yanğın: iki nəfər xəsarət alıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
Dünən, 09:56 XİN Çini təbrik edib