10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Cəlilabadda 49 yaşlı kişi qardaşının azyaşlı uşaqlarını baltalayıb - (Yenilənib)
Tarix: 01-02-2026 22:57 | Bölmə: Slayd

Cəlilabadda 49 yaşlı kişi qardaşının azyaşlı uşaqlarını baltalayıb - (Yenilənib)

Cəlilabad rayonunun Üçtəpə kəndində 12 və 14 yaşlı bacı-qardaş baltalanıb.

Reyting.az xəbər verir ki, kənd sakini qardaşı uşaqlarına balta ilə müxtəlif bədən xəsarətlər yetirib.

Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu iddia edilir.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada ölüb.

Reyting.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib(APA)





Bölməyə aid digər xəbərlər