10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Rusiya ilə Çin təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər
Tarix: 02-02-2026 00:07 | Bölmə: Siyasət

Rusiya ilə Çin təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər

Fevralın 1-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparmaq üçün Çin Xalq Respublikasına səfər edib.

Reyting.az xəbər verir ki, görüş zamanı beynəlxalq və regional təhlükəsizlik sahəsində dəyişmiş vəziyyət müzakirə ediləcək.

Şoyqunun səfəri ABŞ-İran gərginliyinin artması, o cümlədən Yaxın Şərqdə Amerika hərbi qüvvələrinin yerləşdirilməsinin artması və İranın fevralın ortalarında Hind okeanının şimalında Çin və Rusiya ilə birgə dəniz təlimləri keçirəcəyini elan etməsi ilə əlaqəli son gərginliklər fonunda baş tutub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər