10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Baş Qərargah rəisi ABŞ-da gizli məsləhətləşmələr aparıb
Tarix: 02-02-2026 00:05 | Bölmə: Dünya

Baş Qərargah rəisi ABŞ-da gizli məsləhətləşmələr aparıb

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ABŞ hərbi liderləri ilə məsləhətləşmələr aparmaq üçün Vaşinqtona gizli səfər edib.

Reyting.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” (JPost) nəşri yazıb.

Məlumata görə, səfər bu həftə sonu baş tutub və Zamir amerikalı həmkarlarına "həssas kəşfiyyat məlumatları" təqdim edib, "İrana qarşı hərbi variantlar"ı müzakirə edib və Vaşinqtonla Tehran arasında diplomatik danışıqlara təsir göstərməyə çalışıb.

İsrail hərbi komandanı kəşfiyyatın İranın hərbi potensialının, xüsusən də ballistik raket istehsalının yenidən qurulmasında irəliləyiş əldə etdiyini bildirib.

Qəzet yazır ki, İsrail ABŞ-nın İran İslam Respublikasının raket potensialını məhdudlaşdırmadan nüvə proqramının dondurulması ilə bağlı razılığa gələ biləcəyindən narahatdır.

Qeyd olunur ki, general Vaşinqtondan qayıtdıqdan sonra İsrail müdafiə naziri İsrael Katz ilə görüşüb və səfərinin nəticələri barədə məlumat verib. Katz və Zamir digər mövzularla yanaşı, "bölgədəki vəziyyətin qiymətləndirilməsi və İDF-nin istənilən ssenariyə əməliyyat hazırlığı"nı da müzakirə ediblər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər