13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Bank sistemində kadr dəyişikliyi olub
Tarix: 19-03-2026 10:34 | Bölmə: Xəbərlər

Bank sistemində kadr dəyişikliyi olub

“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyəti sədrinin müavini təyin olunub.

Reyting.az-ın məlumatına görə, Natiq Novruzov yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.

Qeyd edək ki, hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub