13:08 / 26-03-2026
Sabah yağış yağacaq
İstanbulda iki yaşayış binası uçub
Tarix: 22-03-2026 14:24 | Bölmə: Xəbərlər

İstanbulda iki yaşayış binası uçub

Bu gün Türkiyənin İstanbul şəhərinin mərkəzi Fatih rayonunda iki yaşayış binası uçub və xilasetmə əməliyyatı başlayıb.

Reyting.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı aparılsa da, dağıntılar altında neçə nəfərin qaldığı barədə dəqiq məlumat yoxdur.

Binalar qaz sızması və ya tikintidə istifadə olunan keyfiyyətsiz materiallar səbəbindən uçmuş ola bilər.

Qeyd edək ki, İstanbulda ardıcıl üçüncü gündür ki, güclü yağış yağır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub