13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb
Tarix: 22-03-2026 22:10 | Bölmə: Xəbərlər

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.

Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub