23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Azad Bakı
Tarix: 15-09-2018 12:00 | Bölmə: Zahid ORUC

Kiçik ada dövlətlərini çıxmaq şərtilə, yerdə qalanların hamısının paytaxtı var. Bakı isə siyasi mərkəz olmaqdan daha böyük mənaya və statusa malikdir.
İndi hər kəs Qafqazın son 100 illik tarixi ilə bağlı araşdırmalara canı-dildən qoşulur, kitablara, lentlərə, məhkəmə aktlarına və yaddaşlara köçən keçmişin səhifələrini tapıb Azərbaycanın tərcümeyi-halını bərpa edirlər.
Fərqində olmasaq da mislisiz bir hadisədir. Xalqın öz əliylə bir müqəddəs kitab yazılır. İtirilən, basdırılan, güllələnən və repressiyaya məruz qalan nəsillərin arasındakı bağlar bax beləcə bərpa olunur.
Bakını ayrıca bir dövlətə, muxtar subyektə, internasional və ya qeyri-milli şəhərə çevirib onu ələ keçirmək planları hazırlayanlar təkcə nəhəng neft səltənətinə göz dikməmişdilər. Sözsüz ki, strateji sərvətlər regionun taleyində həlledici rol oynayırdı. Lakin bura təkcə mazut quyularının vətəni deyil, həm də üç imperiyanın ordusuna daim hərbi yüksəklik kimi gərək olub.
Ona gör də əldən-ələ keçən Bakı bir xalqın və dövlətin taleyində nə qədər ağrılar, acılar varsa, hamısını yaşayıb.
Müharibə hər zaman Bakı uğrunda gedib.
Doğrudur, artıq o imperiya quruluşları dağlıb-gedib, amma paytaxtımız uğrunda savaş hələ bitməyib. Ən dəhşətlisi müasir informasiya resurslarında ermənilərin əzablı bir xiffətlə, az qala vətən itkisitək yanaşdığı "Bakinskie armyane” adlandırdıqları fərqli bir millətin 100 illik planlarına baxanda görürsən ki, düşmən Abşeron yarımadasındakı cəmisi 4 min kvadrat kilometrlik bir əraziyə tək torpaq kimi deyil, strateji təhlükəsizlik, hərbi, iqtisadi və siyasi nəzarət məntəqəsi kimi yanaşır.
Lakin Azərbaycan xalqı indi ÜRƏYİNİN qədrini hamıdan yaxşı bilir.
Bakı bu gün azaddır.
O hər kəsindir - varlının da, kasıbın da.
Kəndlinin də, şəhərlinin də.
Müəllimin də, şagirdin də.
Burada yad və köçkün yoxdur. Çünki Bakı hamı üçün doğma bir yurd, isti bir ocaqdır.
Rəsul Rza ruhumuzun və canımızın sakitlik tapdığı bu ilahi şəhərə üz tutaraq deyirdi ki, "yüz ilə ömür sürəydim, bir gün xəstələnməyib”. Səməd Vurğun onun dərdindən danışırdı.
Millət zərbələri özünə götürəndə Bakı bir daha heç vaxt xəstələnməyəcək.
Bir vaxtlar tankların əzib keçdiyi bu yollardan 15 sentyabr 2018-ci ildə BİR ƏSRLİK QƏLƏBƏNİN şərəfinə prezident İlham Əliyevin qurduğu ordunun əskərləri 100 il əvvəlki Türk paşalarının övladları ilə çiyin-çiyinə addımlayacaqlar.
Ən böyük siyasi söz də, geopolitika da, poetika da bu şanlı hadisənin kölgəsində aciz qalır.
Bəli, Azad Bakını bütün tarixi torpaqlarımızın qurtuluşa gedən yolunda Bir nömrəli qala hesab edirik.
Dünən, Göylərdəki Ayın-ulduzun gəlib Azadlıq meydanında birlşənən iki al-bayrağın üzərində şəfəq saçdığını görmək çox qürurverici idi.
Bakı, nə yaxşı varsan və azadsan!
Sən müstəqilliyin simvolu deyil, özüsən!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zahid ORUC
Bölməyə aid digər xəbərlər