Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
Tarix: 13-09-2025 20:48 | Bölmə: Xəbərlər
Deputat 120 şagirdə məktəb ləvazimatları verib

64 saylı Salyan Seçki Dairəsindən deputat seçilmiş Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yeni dərs ilinin başlanması münasibətilə aztəminatlı ailələrin övladlarına dəstək göstərib.

Sadiq Qurbanovun təşəbbüsü ilə birinci sinifə qədəm qoymuş 120 şagirdə məktəb çantası və məktəb ləvazimatları təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının Salyan Rayon Təşkilatının binasında keçirilib.

Sadiq Qurbanov uşaqlara uğurlar arzulayıb, onların savadlı və vətənpərvər gənclər kimi yetişməsinin dövlətin və cəmiyyətin gələcəyi üçün mühüm olduğunu vurğulayıb.

Milli Məclis üzvü həmçinin qeyd edib ki, bu nəcib işdə ona daim dəstək göstərən “İNCİ” Şirkətlər Qrupuna minnətdardır. O, təhsilin inkişafına verdiyi töhfəyə görə şirkətin rəhbəri Mikayıl Yusifova xüsusi təşəkkürünü çatdırıb.

S. Qurabanov yeni dərs ili münasibətilə bütün şagirdlərə və müəllim heyətinə xoş nailiyyətlər, valideynlərə isə övladlarının uğurlarından qürur duyacaqları bir il arzulayıb.









Bölməyə aid digər xəbərlər