Aİ komissarı Azərbaycana gəlir
Tarix: 17-09-2025 16:56 | Bölmə: Xəbərlər
Aİ komissarı Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos sabah Azərbaycana səfər edəcək.

Bu barədə məlumat Avropa Komissiyasının saytında yer alıb.

Bildirilib ki, Kos səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, XİN rəhbəri Ceyhun Bayramov, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovla yüksəksəviyyəli görüşlər keçirəcək.

Bununla yanaşı, Aİ komissarı Ağdamda da səfərdə olacaq.

M.Kos Azərbaycandan sonra Ermənistana yollanacaq.




Bölməyə aid digər xəbərlər