Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
Tarix: 17-09-2025 12:44 | Bölmə: Dünya
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb

Ukrayna ordusu Vovçansk yaxınlığında Rusiya tərəfdən müharibədə iştirak edən Keniya vətəndaşını əsir götürüb.

Reyting.az
-ın məlumatına görə, Evans adlı keniyalı deyib ki, Rusiyaya turist kimi gəlib.

Səfərinin sonuna yaxın ona ölkədə qalmaq imkanı ilə iş təklif olunub və o, sənədləri imzalayaraq qəbul edib. Sonradan məlum olub ki, o, Rusiya ordusu ilə müqavilə imzalayıb.

“Sənədi imzalayandan sonra pasportumu və telefonumu götürdülər. Sonra da işlər pisləşdi. Başqaları yanıma gəldi və mənə dedilər ki, maşına min. Mən də minib hara getdiyimi soruşdum. Mənə sadəcə, “dincəlməyə”,- dedilər. Nəhayət, hərbi düşərgəyə düşdüm. Niyə orda olduğumu soruşdum. İş müqaviləsi bağladığımı dedilər. Dedim ki, hərbçi müqaviləsi imzalamışam, orada işləmək istəmirəm, ancaq bildirdilər ki, mənim başqa seçimim yoxdur”,- Evans deyib.

Məhkum daha sonra bir həftə davam edən təlimə göndərilib. Bu müddət ərzində ona avtomatla necə davranmağı öyrədiblər. Daha sonra isə cəbhəyə göndəriblər.

“Mən özümü olmaq istəmədiyim yerdə tapdım. Mən Ukraynanın düşməni deyiləm. Özümü elə vəziyyətə saldım ki, qaça bilməyəcəkdim. Məni meşəyə atdılar. O zaman qaçdım, döyüşməyə getmədim”,- Evans qeyd edib.

Keniyalı bildirib ki, o, iki gün meşədə gəzib, Ukrayna əsgərlərini tapıb onlara təslim olmağa çalışıb. Məhbus niyə ukraynalılara təslim olmaq qərarına gəldiyini belə izah edib: “Çünki rusların yanına qaçsam, məni öldürəcəkdilər. Əvvəllər bu işi istəmədiyimə qərar verəndə ya döyüşə getməli olduğumu, ya da məni öldürəcəklərini söylədilər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər