21:05 / 12-07-2024
AFFA yeni qərarlar verib
Ucuz satılmış vaza qədim Maya sivilizasiyasına aid olub
Tarix: 21-06-2024 13:59 | Bölmə: Cəmiyyət
Ucuz satılmış vaza qədim Maya sivilizasiyasına aid olub

Amerikalı sadə bir müştərinin təsadüfən "ikinci əl"-dən, yəni komission mallarının satıldığı mağazadan aldığı vazanın qədim Maya sivilizasiyasının artefaktı olduğu üzə çıxıb.

Reyting.az
-ın məlumatına görə, ABŞ vətəndaşı Anna Li Dozier Meksikaya işgüzar səfəri zamanı yerli antropologiya muzeyinə diqqətlə baxanda başa düşüb ki, onun müşahidə etdiyi bəzi artefaktlar bu yaxınlarda puluna qənaət etmək üçün komission mağazadan 3,99 dollara aldığı vazaya çox bənzəyir.

Dozier tərəddüd etmədən aldığı vazanın yaşını, orijinallığını öyrənmək məqsədi ilə Maya sivilizasiyasının artefaktını öyrənən və belə əşyaları çox yaxşı tanıyan mütəxəssislərə müraciət edib. O, özünün də gözləmədiyi cavabı alanda təəccüblənib. Mütəxəssislər qabın Maya sivilizasiyasına və eramızın III-IX əsrlərinə aid olduğunu söyləyiblər.

Bu qədim qabın və qiymətli tarixin ancaq Meksikaya məxsus olduğunu bəyan edən Dozier həmin ölkədən ucuz qiymətə aldığı artefaktı ləngimədən Meksikanın ABŞ-dakı səfiri Esteban Moctezuma Barraqana təhvil verib.

"WUSA9" telekanalı bildirib ki, qədim Maya vazası Meksikadakı muzeylərdən birində qədim və ən qiymətli kolleksiyalar arasında yer tutacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}