20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin sayı artırılıb
Tarix: 02-09-2024 15:39 | Bölmə: Cəmiyyət
Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin sayı artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə təşkil edilən Seçki Komissiyasının iclası olub.

Reyting.az 
Komitəyə istinadla xəbər verir ki, Seçki Komissiyası İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyənləşdirilməsi, həmçinin seçki gününün təyin edilməsi məsələlərini müzakirəyə çıxarıb.

İclas zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyinin daha da genişləndirilməsi, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində qurumun fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibinin genişləndirilməsi qərara alınıb və üzvlərinin say həddi 11 nəfər müəyyənləşdirilib.

Qeyd olunub ki, Seçki Komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilərin keçirilməsini qərara alıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər