12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Tarix: 19-06-2025 10:23 | Bölmə: Cəmiyyət
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb

Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasının balansında olan “Kurort” QSC-yə məxsus “Bilgəh” Kardioloji Sanatoriyasında bədbəxt hadisə baş verib.

Bu barədə Reyting.az-a Kardioloji sanatoriyanın əməkdaşları məlumat veriblər.

Bildirilir ki, sanatoriyanın təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov binanın təmiri prosesinə şəxsən nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə dünən axşam sanatoriyanın əsas korpuslarından birində baş verib.

İlkin Fərəcov Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kritikdir.

İlkin Fərəcovun sanatoriyada qeyri-rəsmi şəkildə tikinti və təmir proseslərinə nəzarət etdiyi, texniki təhlükəsizlik qaydalarının pozulduğu və hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Məlumata görə, sanatoriyanın təmir işlərinin hansı əsaslarla aparıldığı, texniki təhlükəsizlik qaydalarının yerinə yetirilib-yetirilmədiyi və əmək münasibətlərinin düzgün qurulub-qurulmadığı artıq sual altındadır.

Baş vermiş hadisə AHİK-nin tabeliyində olan digər sanatoriyalarda da əmək təhlükəsizliyinə riayət olunub-olunmaması məsələsini bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı “Kurort” QSC rəhbərliyindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

Reyting.az həm AHİK-nin, həm də “Kurort” QSC-nin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb