Prokurorluq: "Restoranlarda artan zəhərlənmələrə qarşı tədbir görülür"
Tarix: 18-06-2025 11:41 | Bölmə: Cəmiyyət
Prokurorluq: "Restoranlarda artan zəhərlənmələrə qarşı tədbir görülür"

Son dövrlərdə restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

Onun sözlərinə görə, restoranlarda artan qida zəhərlənmələrini hansısa cinayət faktı, yaxud təşəbbüsü ilə əlaqələndirmək doğru deyil:

"Ötən il Sumqayıtda, bu il isə Gəncədə belə hadisələr baş verib. Qida istehsal edən müəssisələr və iaşə obyektlərində yol verilən boşluqlar buna səbəb ola bilər. Dərhal hansısa cinayət faktının olduğunu düşünmək düzgün deyil. Belə hallar baş verdikdə həm Baş Prokurorluq, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tədbirlər görür"(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb