Ananın Antalyada atdığı uşaq Rusiyaya qaytarılıb
Tarix: 13-06-2025 08:36 | Bölmə: Cəmiyyət
Ananın Antalyada atdığı uşaq Rusiyaya qaytarılıb

Ötən il Antalya hava limanında anası tərəfindən tərk edilən qız uşağı Rusiyaya qaytarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın dediyinə görə, 8 ay izlənilən vəziyyət dünən uğurla həll olunub: “Balaca Nikol Türkiyədən vətəninə qaytarılıb. Ötən ilin oktyabrında anası onu Antalya hava limanında dünyaya gətirmiş və körpədən imtina etmişdi”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-08-2025, 18:03 Tiktoker qəzaya düşüb