14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Xarici vətəndaşların İrandan Azərbaycan vasitəsiylə təxliyəsi davam edir
Tarix: 17-06-2025 11:24 | Bölmə: Cəmiyyət
Xarici vətəndaşların İrandan Azərbaycan vasitəsiylə təxliyəsi davam edir

Xarici vətəndaşların İran İslam Respublikası ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir.

Reyting.az
xəbər verir ki, artıq humanitar keçid 5 gündür ki, yüksək səviyyədə həyata keçirilir.

Bu ana qədər 600-dən artıq insanın Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən rahat keçidi təmin olunub. Təxliyə olunanlar arasında azərbaycanlıların da olduğu siyahıda 17 ölkənin vətəndaşları var.

Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan,Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.

Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa ABŞ, BƏƏ, Çin və Vetnam sakinləri də var. Təxliyə olunanlar İran tərəfində Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyi söylənilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb