09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
Tarix: 18-06-2025 21:08 | Bölmə: Cəmiyyət
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq

Bu gecə Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Reyting.az
xəbər verir ki, bunu “Azərişıq” ASC-dən bildiriblər.

Məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.




Bölməyə aid digər xəbərlər