20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi
Tarix: 11-04-2019 19:05 | Bölmə: Cəmiyyət
Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az-ın xəbərinə görə, prosesdə təqsirləndirilən Hüseyn Abdullayev ifadə verməkdən imtina edib.

Onun anası Zeynəb Abdullayeva isə ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Bacısının pasportu ilə sərhədi keçdiyi barədə ittihama münasibət bildirən Zeynəb Abdullayeva bunun doğru olmadığını deyib: "Sərhədi həmişə öz pasportumla keçmişəm. Sadəcə, məni saxlayanda bacımın pasportu çantamda idi. Səhvən pasport məndə qalmışdı. Burada saxlanılan sərhədçilərin də heç bir günahı yoxdur, mən heç kimə rüşvət verməmişəm. Nazim Əliyev isə taksi sürücüsü olub, məni tanımır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər