Ağstafada itin dişlədiyi gənc öldü
Tarix: 17-04-2019 16:51 | Bölmə: Cəmiyyət
Ağstafada itin dişlədiyi gənc öldü

Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini, 21 yaşlı Cavid Qəhrəman it dişləməsi nəticəsində infeksion xəstəliyə yoluxub.

Reyting.az bildirir ki, bunu Şakir Məmmədov özünün Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, əmisi nəvəsi olan Cavid ötən gecə rayondan Bakıya gətirilərkən yolda dünyasını dəyişib.

Şakir Məmmədovun fikrincə, gənc qohumunun ölümünə səbəb Ağstafada Cavidə 36 gün əvvəl keyfiyyətsiz vaksin vurulması olub.

“Nə vaxta kimi Azərbaycanda insanlar yarıtmaz səhiyyə xidmətinin qurbanı olacaqlar? Cavid tək bacının, tək qardaşı idi...” – Şakir Məmmədov yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}