20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda 42 bədbəxt hadisə baş verib, 8 nəfər ölüb
Tarix: 26-04-2019 15:23 | Bölmə: Cəmiyyət
Azərbaycanda 42 bədbəxt hadisə baş verib, 8 nəfər ölüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında tədbir keçirib.

Reyting.az-a nazilrikdən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, 2019-cu ilin birinci rübündə Azərbaycanda istehsalatla əlaqəli sayılan 42 bədbəxt hadisə baş verib.

Bu hadisələr nəticəsində 8 nəfər ölüb, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər