Bakıda marşrut avtobuslarının hərəkətində dəyişiklik edilir - Siyahı
Tarix: 26-04-2019 18:25 | Bölmə: Cəmiyyət
Bakıda marşrut avtobuslarının hərəkətində dəyişiklik edilir

Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Reyting.az Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, aprelin 27-dən 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Həmin tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər