Qıjı bitkisindən nadir mineral əldə edilib
Tarix: 13-11-2025 17:03 | Bölmə: Cəmiyyət
Qıjı bitkisindən nadir mineral əldə edilib

Çin alimləri elm aləmində yeniliyə imza atıblar. Çin Elmlər Akademiyasının və tərəfdaşlıq etdiyi Quanqcou Geokimya İnstitutunun, həmçinin ABŞ-dan olan tədqiqatçıların birgə araşdırmaları nəticəsində dünyada ilk dəfə "Blechnum orientale" adlı, həmçinin qıjı növündən olan bu bitkidən nadir torpaq mineralları əldə edilib.

Reyting.az
-ın məlumatına görə, alimlər bildiriblər ki, bu yeni, orijinal kəşf "fitomayninqlə", yəni bitkilər vasitəsilə torpaqdan qiymətli metalların çıxarılması üsulu ilə bağlı çox böyük yenilik, eləcə də mühüm irəliləyiş hesab olunur. Belə elmi üsul torpağın təmizlənməsinə və ekoloji sistemə heç bir zərər vermədən nadir metalların əldə edilməsinə də tam imkan yaradır.

Araşdırmalar zamanı alimlər elm aləminə çoxdan məlum olan bu qıjı bitkisinin canlı toxumalarını yenidən tədqiq edib və nadir torpaq elementlərinin kristallaşdığı monasit nanokristalları aşkara çıxarıblar. Bu fakt, bitki daxilində belə mineralların əmələ gəlməsinin ilk sübutudur.

Mütəxəssislərin fikrincə, artıq çox uğurla sınaqdan keçirilmiş bu üsulun köməyi ilə yaxın gələcəkdə bəzi tullantı sahələrində yetişdirilən bitkilər vasitəsilə dünyada nadir metalların ekoloji və təmiz şəkildə istehsalını təşkil etmək mümkün olacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər