Bakıda yaşayış kompleksinin komendantı üç nəfəri güllələdi
Tarix: 28-04-2019 09:33 | Bölmə: Cəmiyyət
Bakıda yaşayış kompleksinin komendantı üç nəfəri güllələdi

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb. Hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.(Report)

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. Hadisənin motivləri haqda məlumat verilmir. Bununla belə "Yeni Bakı" yaşayış kompleksində sakinlərlə kompleksi inşa edən şirkətin nümayəndələri arasında tez-tez münaqişələrin olduğu məlumdur. Bu kompleksi "İlin 4 fəsli" MTK tikib.

Reyting.az




Bölməyə aid digər xəbərlər