Avtobus qəzasında xəsarət alanlardan 4 nəfərin vəziyyəti ağırdır
Tarix: 28-04-2019 14:47 | Bölmə: Cəmiyyət
Avtobus qəzasında xəsarət alanlardan 4 nəfərin vəziyyəti ağırdır

Dünən axşam saatlarında Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə baş verən qəza ilə əlaqədar 3 saylı şəhər Klinik Xəstəxanasına 27 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda xəstəxanada 7 nəfər müalicəsini davam etdirir.

Onlardan 4-ü reanimasiya şöbəsindədir, vəziyyətləri ağır stabildir. 3 nəfər isə travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, dünən Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10 TG 909" dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.(ONA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}