Bu ölkədə bu gündən üzü bağlayan paltar geyinmək qadağandır
Tarix: 29-04-2019 13:36 | Bölmə: Cəmiyyət
Bu ölkədə bu gündən üzü bağlayan paltar geyinmək qadağandır

Şri-Lankada aprelin 29-dan üzü bağlayan paltar geyinmək qadağan olunub.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məlumatda qeyd edilir ki, bu qərar ictimai təhlükəsizliyi təmin etməkdən ötrü qəbul olunub.

Xatırladaq ki, aprelin 21-də ölkədə 8 terror aktı törədilib. Şri-Lanka Səhiyyə nazirliyinin məlumatına görə, terrorlar nəticəsində 250-260 insan həlak olub.

Bu dəhşətli hadisəyə görə məsuliyyəti İraq-Şam İslam Dövləti (İŞİD) üzərinə götürüb.

Ölkənin prezidenti Maytripal Sirisenanın bildirdiyinə görə, ada dövlətinin ərazisində İŞİD terror qruplaşmasının təxminən 130-140 üzvü fəaliyyət göstərir.

İstintaq versiyasına görə, terror hücumlarını 9 terrorçu-kamikadze həyata keçirib və onların 8-nin şəxsiyyəti artıq müəyyənləşdirilib.

Aprelin 26-da Kalmunay şəhərində daha 3 partlayış törədilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər