20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hacıbala Abutalıbov: “Heydər Əliyevimizin yanına getməyə tələsirəm”
Tarix: 29-04-2019 20:31 | Bölmə: Cəmiyyət
Hacıbala Abutalıbov: “Heydər Əliyevimizin yanına getməyə tələsirəm”

Baş nazirin müavini Hacıbala Abutalıbov mətbuatda onunla bağlı yayılan məlumatlara münasibət bildirib.

Sabiq mer deyib ki, onun haqqında verilən informasiyalar yalan və iftiradır:

"Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir.

Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.

Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm. Ümummilli lider Heydər Əliyevimizin yanına getməyə tələsən Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür".

Bir sıra saytlarda yayılan məlumatlarda Hacıbala Abutalıbovun Bakı şəhər icra hakimiyyətinin başçısı olarkən dövlət əhəmiyyətli binaları öz qohumlarının adına qeyri-qanuni özəlləşdirməsi, sahibkarların mülklərini əlindən alması və icra hakimiyyətinin tikinti işlərini görən fəhlələrin məvacibini veməməsi ilə bağlı iddialar yer alıb.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər