Azərbaycanın tanınmış diktoru vəfat edib
Tarix: 01-05-2019 19:07 | Bölmə: Cəmiyyət
Azərbaycanın tanınmış diktoru vəfat edib

Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.

Reyting.az ona-ya istinadən bildirir ki, Natəvan Hacıyevanın qızı Cəmilə Davudovanın verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".

Natəvan Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunacaq.

1942-ci ildə anadan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər