Kral öz mühafizəsinin rəisi ilə evləndi
Tarix: 02-05-2019 18:11 | Bölmə: Cəmiyyət
Kral öz mühafizəsinin rəisi ilə evləndi

Tailand kralı Maxa Vaçiralonqkorn (X Rama) sevgilisi ilə, general Sutxide Vaçiranqkorn ilə evlənib.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, 66 yaşlı kral bunu tacqoymaya bir neçə gün qalmış bəyan edib.

X Ramanın taxta çıxması ilə bağlı təntənəli mərasim mayın 4-6-da keçiriləcək. İlkin məlumata görə, mərasim boyu küçələrə ölkənin 150 mindən çox vətəndaşı çıxarılacaq.

40 yaşlı Sutxida Tailand kralının şəxsi mühafizəsinin rəhbəridir. O, əvvəllər Thai Airways hava şirkətində styüardessa işləyib, sonra vəliəhd şahzadə Vaçiralonqkorn ailəsinin mühafizəsinin komandiri vəzifəsinin icraçısı təyin olunub.

X Rama ona həmçinin Tanuinq (ledi) titulu da verib.

Tailandın kralsarayı bundan əvvəl Sutxida və X Rama arasındakı münasibətlərlər bağlı bütün xəbərləri təkzib edirdi.

Kral 3 dəfə evli olub, onun 7 uşağı var.

Reyting. az




Bölməyə aid digər xəbərlər