20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Başqasının əvəzinə imtahan verməyə cəhd edənlərin adları açıqlandı
Tarix: 03-05-2019 18:19 | Bölmə: Cəmiyyət
Başqasının əvəzinə imtahan verməyə cəhd edənlərin adları açıqlandı

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı birgə araşdırmalar nəticəsində Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.

Reyting.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd edilir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, ayrı-ayrı hallar üzrə Təbib Alışanlının Hidayət Quliyevin əvəzinə, Ramazan Rzazadənin iki halda Orxan Zeynalovun və Salman Əliyevin əvəzinə, Mürzadil Nəsibovun iki halda Baba Seyidovun və Ayaz Quliyevin əvəzinə Dövlət İmtahan Mərkəzinin müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil etdiyi qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınıb.

Habelə müəyyən olunub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda İbadət Novruzov, Rasim Hüseynov, Yeganə Məmmədova , Sərxan Mehdiyev və Alov Səfərov vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər.

Sadalanan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Mürzadil Nəsibovun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Ramazan Rzazadənin 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29,320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Təbib Alışanlının isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurumun ən ciddi tədbirlər görməsi bundan sonra da davam etdiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər