Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Tarix: 18-12-2025 18:00 | Bölmə: Cəmiyyət

Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb

"Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməyə cəhd edən şəxs saxlanılıb.

Reyting.az xəbər verir ki, Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Z.Abbasov şübhəli şəxs qismində tutulub/Report.

İbtidai istintaq davam edir.





Bölməyə aid digər xəbərlər